Erməni döyüşçü Arman Tsarukyan RAF 14 turnirindən əvvəl keçirilən mətbuat konfransında amerikalı Dillon Dennislə baş verən insidentə sosial şəbəkədə münasibət bildirib.
Tsarukyanın Dennislə əlbəyaxa olduğu qarşıdurmaya səbəb amerikalının köynəyindəki “Xamzat mənim qancığımdır” yazısı olub. Dennisin təxribatından sonra Tsarukyan yerindən qalxaraq onun üzərinə hücum edib. Daha sonra kütləvi dava başlayıb və qarşıdurmaya Xamzat Çimayev də qoşulub.
“Həyat ona heç nə öyrətmir”, – deyə Tsarukyan Teleqram kanalında yazıb.
Yayda Çeçenistanı təmsil edən Çimayev Dillon Dennislə sərbəst güləş üzrə qarşılaşmada qalib gəlib. Həmin görüşdə Dennis qaydalarla qadağan olunan fənd tətbiq edib. Bu, Çimayevi qəzəbləndirib və kütləvi davaya səbəb olub.