Omanın Xasab şəhərindən 25 dəniz mili şimal-şərqdə hərəkət edən gəmidə yanğın baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları Qurumu (UKMTO) məlumat yayıb.
"TRT Haber"in məlumatına görə, yanğının hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Gəmi heyətinin vəziyyəti, dəymiş ziyanın miqyası və hər hansı ekoloji təhlükənin olub-olmaması ilə bağlı təfərrüatlar araşdırılır.
Səlahiyyətlilər ərazidən keçən digər gəmilərə ehtiyatlı olmaları və hər hansı şübhəli fəaliyyət müşahidə etdikdə dərhal UKMTO-ya xəbər vermələri barədə xəbərdarlıq ediblər. Yanan gəminin adı və hansı ölkənin bayrağı altında üzüdüyü hələlik açıqlanmayıb.