Əsas məzmuna keç

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Bakı Nəqliyyat Agentliyi tərəfindən aşkar edilən sükan arxasında qadağan olunmuş maddə qəbul edən şəxs barəsində məhkəmə tərəfindən 30 sutka həbs qərarı verilib.

en ru

Narkotik aludəçisi olan sürücüsü tutulub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət İdarəsindən bildirilib.

Məlumata görə, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Belə ki, Zaqatala rayon sakini Elvin Məmmədov “Daewoo” markalı avtobusu idarə edərkən manevr qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və fakt öz təsdiqini tapıb.

E.Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və o, 20 gün müddətində inzibati qaydada olunub.

Sərnişinlərin həyatı üçün hər an təhlükə yarada biləcək hadisənin qarşısı vaxtında alınsa da, Baş Dövlət Yol Polisi İdarəsi bir daha sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək, onları bu sahədə daha kəsərli tədbirlər görməyə, sükan etibar etdikləri sürücülərlə bağlı qanunvericiliyə uyğun nəzarət tədbirlərini gücləndirməyə çağırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…