Əsas məzmuna keç

ABŞ-dən İsrailə kütləvi hərbi daşınma: İrana hücum hazırlığı görülür?

ABŞ-dən İsrailə kütləvi hərbi daşınma: İrana hücum hazırlığı görülür?

İsrailin KAN telekanalı ABŞ ordusuna məxsus azı 10 nəqliyyat təyyarəsinin Ovda və Nevatim aviabazalarına endiyini bildirib. Daşınmaların İsraildəki ehtiyatların yenilənməsi və əlavə hava hücumundan müdafiə sistemlərinin çatdırılması ilə bağlı ola biləcəyi qeyd olunub.

en ru

İsrailin cənubunda yerləşən Ovda və Nevatim aviabazalarına son 24 saat ərzində ordusuna məxsus azı 10 hərbi təyyarəsi eniş edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası KAN məlumat yayıb.

Məlumata görə, təyyarələrin bir hissəsi ABŞ ordusunun Texas ştatında yerləşən hava hücumundan müdafiə mərkəzlərindən biri — "Fort Bliss" bazasından havalanıb. Daşınmaların İsraildəki hərbi ehtiyatların yenilənməsi və "" kimi əlavə hava hücumundan müdafiə batareyalarının təmin edilməsi məqsədi daşıdığı bildirilir.

KAN-ın xəbərində ABŞ-nin yaratdığı hava körpüsü əməliyyatının son saatlarda İordaniya, Səudiyyə Ərəbistanı və Qətərdəki bazalara enən nəqliyyat təyyarələrini də əhatə etdiyi iddia olunur.

Qeyd edək ki, "The Wall Street Journal" qəzeti daha əvvəl ABŞ Prezidenti Trampın İrana qarşı mümkün hərbi hücum variantları ilə bağlı Mərkəzi Komandanlığın (CENTCOM) rəhbəri Bred Kuperdən xüsusi brifinq aldığını yazmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…