Hörmüz boğazından keçən neft tankerlərindən birinə mənbəyi hələlik müəyyənləşdirilməyən sursatın dəyməsi nəticəsində təhlükəsizlik insidenti qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) qurumu hərbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində gəminin ekipaj üzvlərindən iki nəfər yüngül xəsarət alıb. Zərər görən tanker öz mühərrik gücü ilə növbəti təyinat limanına doğru üzməyə davam edib və hadisə yerində hər hansı ətraf mühit çirklənməsi qeydə alınmayıb.
Bölgədə hərbi gərginliyin yüksək səviyyədə qalmasını nəzərə alaraq, UKMTO Börsə, Oman körfəzi və Hörmüz boğazından istifadə edən bütün ticarət gəmilərinə maksimum ehtiyatlı olmağı və şübhəli hallarla qarşılaşdıqda dərhal xəbərdarlıq etməyi tövsiyə edib.