Norveçli tennisçi Kasper Ruud Parisdə keçirilən “Masters” turnirinin yarımfinalına vəsiqə qazanıb.
Ruud 1/4 finalda portuqaliyalı Nunu Borjeşlə qarşılaşıb. 1 saat 32 dəqiqə davam edən görüş norveçli tennisçinin 7:6 (7:5), 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Ruud yarımfinalda ispaniyalı Karlos Alkarasla üz-üzə gələcək.