Braziliyanın “Santos” klubunun prezidenti Marselo Teyşeyra və Neymarın atası Neymar da Silva sosial şəbəkələrdə birgə açıqlama yayaraq onun baş direktor təyin olunduğunu bildiriblər.
Neymar da Silva klubdakı işi ilə yanaşı, “Meninos da Vila” institutuna da rəhbərlik edəcək. Təşkilat gənc futbolçuların karyerasına və “Santos”un “Əbədi kumirləri” proqramına nəzarət edəcək.
Globo Esporte-nin məlumatına görə, Neymarın atası dekabra qədər klubun strateji planlaşdırılmasına cavabdeh olacaq. O, Teyşeyranın dekabrın 12-nə təyin edilmiş seçkidə yenidən seçiləcəyi təqdirdə vəzifəsini qoruyacaq.
Neymar da Silva oğlunun kluba qayıtmasından sonra NR Sports şirkəti vasitəsilə “Santos”un işlərində iştirak edib. Onun məsuliyyət sahəsinə “Vila Belmiro” stadionunun yenilənməsi, o cümlədən paltardəyişmə otaqlarının təmiri və tribunaların rənglənməsi üçün tərəfdaşlıq razılaşmaları daxil olub.
O, həmçinin klubun məşq mərkəzində gənclər akademiyası üçün yeni obyektlərin tikintisində vasitəçilik edib. Layihəyə 8 milyon Braziliya realı (təxminən 1,3 milyon avro) investisiya qoyulub. Neymarın atası layihənin həyata keçirilməsi üçün şirkətləri cəlb edib.