Braziliya çempionatının 29-cu turunda “Santos” öz meydanında “Flamenqo”nu qəbul edib. Oktyabrın 9-na keçən gecə keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Qonaqlar fasiləyə az qalmış iki qol vurublar. “Flamenqo”nun heyətində Danilo və Lukas Paketa fərqləniblər.
“Santos” məğlubiyyətdən Neymarın qolları sayəsində xilas olub. Braziliyalı hücumçu 82-ci və 88-ci dəqiqələrdə penalti zərbələrini dəqiq yerinə yetirərək dubl edib və komandasına heç-heçə qazandırıb.
“Flamenqo” 79-cu dəqiqədən etibarən azlıqda oynayıb. Həmin dəqiqədə Jorjinyo qırmızı vərəqə ilə meydandan qovulub. Rəqibin say üstünlüyü “Santos”a oyunun son bölümündə hesabı bərabərləşdirmək imkanı yaradıb.