İspaniyalı tennisçi Karlos Alkaras Parisdə keçirilən “Masters” turnirinin üçüncü mərhələsinə yüksəlib.
Dünya reytinqinin üçüncü pilləsində qərarlaşan Alkaras ikinci mərhələdə ABŞ təmsilçisi Aleks Mikelsenlə qarşılaşıb. Görüş ispaniyalının 7:6 (7:4), 6:3 hesablı qələbəsi ilə başa çatıb.
Alkarasın Paris turnirinin üçüncü mərhələsindəki rəqibi italiyalı Matteo Berrettini olacaq.