Əsas məzmuna keç

İran Hörmüz boğazında iki neft tankerini saxladı

İran Hörmüz boğazında iki neft tankerini saxladı

İran hərbi qüvvələri ABŞ-ın müşayiəti ilə hərəkət edən tankerlərin boğazdan keçməsinə icazə verməyib.

ru en

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) boğazında iki neft tankerinin saxlanıldığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, SEPAH-ın yaydığı bəyanata əsasən, hadisə cümə günü səhər saatlarında baş verib. Bildirilib ki, boğazdan keçməyə cəhd edən iki İranın xəbərdarlıqlarına məhəl qoymayıb.

Məlumata görə, SEPAH sözügedən gəmilərin ABŞ Mərkəzi Komandanlığının () yanlış yönləndirməsi ilə hərəkət etdiyini iddia edib. Bəyanatda tankerlərin müəyyən olunmamış marşrut üzrə və ABŞ hərbi qüvvələrinin hava müşayiəti altında boğazdan keçməyə çalışdığı bildirilib.

SEPAH açıqlayıb ki, xəbərdarlıqlara əməl etməyən hər iki saxlanılıb. Hadisə zamanı digər dörd tanker isə vəziyyəti nəzərə alaraq marşrutlarını dəyişib və əvvəlki mövqelərinə geri qayıdıb.

İran tərəfi bu addımın Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi və qaydalara riayət olunmasına nəzarət məqsədilə atıldığını bəyan edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…