Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

SEPAH ABŞ-ni xəbərdar etdi: Hörmüz boğazında gərginlik pik həddə çatdı

2 dəq
Paylaş:
SEPAH ABŞ-ni xəbərdar etdi: Hörmüz boğazında gərginlik pik həddə çatdı

boğazında üç neft tankerinin minalanmış marşrutdan istifadə etməyə cəhd göstərdiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələrinin yaydığı 43 saylı bəyanatda bildirilib.

Məlumata görə, tankerlər " ordusunun təhriki ilə" minalanmış marşrutdan istifadə etməyə cəhd göstərib. Nəticədə gəmilərdən birində güclü partlayış və yanğın baş verib, digər iki tanker isə dərhal geri dönərək ərazini tərk edib. Ekipaj üzvlərinin vəziyyəti və gəmilərə dəyən ziyanın həcmi barədə hələlik rəsmi məlumat verilməyib.

Bildirilib ki, SEPAH Hörmüz boğazının tam nəzarət altında olduğunu vurğulayaraq, ABŞ-nin "təxribatları" davam etdiyi müddətdə boğazın gəmi keçidləri üçün bağlı qalacağını bəyan edib. Qurum, İran İslam Respublikası ilə koordinasiya edilmədən heç bir tankerin boğaza daxil ola və ya oranı tərk edə bilməyəcəyini açıqlayıb.

Açıqlamada həmçinin ABŞ-nin ticarət gəmilərini təhlükəyə atdığı, qlobal enerji təhlükəsizliyini riskə məruz qoyduğu iddia olunub. İran tərəfi son pozuntuya görə cəza əməliyyatının keçiriləcəyini də bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax