Portuqaliya millisinin baş məşqçisi Jorje Jezush Kriştiano Ronaldunun milli komandadan ayrılması ilə nəticələnən qərarı barədə danışıb. O, həmin vəziyyətdə məşqçi kimi atdığı addımları dəyişməyəcəyini bildirib.
“Heç nəyi dəyişməzdim, qətiyyən. Komandamı düşünərək məşqçi qərarı verdim. Bunun Ronaldunun milli komandadan getməsinə səbəb ola biləcək heç nə etmədiyimi düşünürəm”, – Jezush deyib.
Mütəxəssis özünü heç nədə günahkar hiss etmədiyini vurğulayıb və futbolçunun qərarına hörmət etdiyini bildirib. Onun sözlərinə görə, Ronaldunun Portuqaliya üçün əhəmiyyətli tarixi və simvol statusu var, bunu nəzərə almamaq mümkün deyil. Jezush son il yarımda aralarında möhkəm dostluq münasibətlərinin yarandığını da qeyd edib. O, idman baxımından Ronaldunun fərqli qərar verdiyini və buna hörmətlə yanaşdığını söyləyib. Jezushun fikirlərini CNN Portugal yayıb.
Xatırladaq ki, baş məşqçi sentyabrda Norveçlə keçirilən matçda 41 yaşlı hücumçunu əvəzetmədən meydana buraxmayıb. Bundan sonra Kriştiano Ronaldu beynəlxalq karyerasını başa vurmaq qərarına gəlib. Futbolçu bu barədə daha əvvəl sosial şəbəkə hesabında paylaşım etmişdi.