Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştiano Ronaldu Millətlər Liqasının Norveçlə matçında start heyətinə daxil edilməyib.
Milli komandanın tarixində ən çox qol vuran futbolçu Oslo şəhərində keçiriləcək qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq.
Portuqaliya millisinin start heyətində Dioqu Koşta, Joau Kanselu, Ruben Diaş, Renato Veqa, Nunu Mendeş, Fransişku Konsesau, Joau Palinya, Pedru Netu, Joau Neveş, Qonsalu Ramuş və Joau Feliks yer alıblar.
Görüşdə Portuqaliya millisinin kapitanı müdafiəçi Ruben Diaş olacaq.