Əsas məzmuna keç

İran: Fars körfəzində neft daşıyan 4 gəmi vuruldu

İran: Fars körfəzində neft daşıyan 4 gəmi vuruldu

İran İnqilab Keşikçiləri Ordusu 4 gəminin neft transferi zamanı vurulduğunu açıqlayıb. Qurum ABŞ-ı gəmiləri minalanmış keçiddən keçməyə təşviq etməkdə ittiham edib və xəbərdarlıq edib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və akvatoriyasında dəniz nəqliyyatına və kommersiya gəmilərinə qarşı növbəti hərbi əməliyyatların keçirildiyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin yaydığı rəsmi bəyanatda Fars körfəzində İran tərəfinin icazə vermədiyi marşrutlarla hərəkət edən 4 xarici yük gəmisinin qanunsuz neft transferi həyata keçirərkən aşkarlandığı və eyni vaxtda dəniz zərbələri ilə vurulduğu bildirilir.

Bəyanatda həmçinin qeyd olunur ki, dünən gecə saatlarında Hörmüz boğazının qərb hissəsində yerləşən dəniz dəhlizində 3 kommersiya gəmisi dəniz minasına düşüb. Partlayışlar nəticəsində gəmilərdə güclü yanğın baş verib və vasitələrinin hərəkəti tamamilə dayandırılıb.

İran tərəfi Fars körfəzində artan dəniz qəzalarında və gəmiçilik böhranında Birləşmiş Ştatları təqsirləndirib. SEPAH-ın komandanlığı Vaşinqtonu xarici kommersiya gəmilərini və neft tankerlərini minalanmış təhlükəli keçidlərdən istifadəyə təşviq etməkdə ittiham edib.

SEPAH rəhbərliyi Birləşmiş Ştatlar administrasiyasına birbaşa xəbərdarlıq edərək bəyan edib ki, Vaşinqton bu cür addımlarını davam etdirəcəyi təqdirdə Tehranın cavab tədbirləri yalnız dəniz akvatoriyası ilə məhdudlaşmayacaq.

Açıqlamada vurğulanır ki, eskalasiya kəskinləşəcəyi təqdirdə cavab zərbələrinin hədəfləri sırasına Yaxın Şərq regionunda yerləşən bütün hərbi bazaları və strateji infrastrukturları da daxil ediləcək.

Xatırladaq ki, Hörmüz boğazında gəmiçiliyin faktiki iflic olunması və tankerlərə qarşı hücumlar dəniz yolu ilə qlobal bazarlara nəql edilən neft və təbii qazın tranzitini kəskin çətinləşdirib və dünya yanacaq bazarlarında qiymət artımını daha da dərinləşdirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…