Əsas məzmuna keç

Fransada təhlükəsizlik boşluğuna görə prefekturaların saytları bağlanıb

Fransada təhlükəsizlik boşluğuna görə prefekturaların saytları bağlanıb

Fransa Daxili İşlər Nazirliyi kritik təhlükəsizlik boşluğuna görə bir sıra saytları ehtiyat tədbiri kimi texniki xidmətə bağlayıb. Prefekturaların internet resurslarına müvəqqəti giriş mümkün deyil.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Fransanın Daxili İşlər Nazirliyi ölkənin kibertəhlükəsizlik üzrə cavabdeh əsas dövlət strukturu olan Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyinin (ANSSI) rəsmi müraciəti əsasında bir sıra dövlət internet resurslarının fəaliyyətini ehtiyat tədbiri olaraq müvəqqəti məhdudlaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "TRT Haber" telekanalının yaydığı məlumata əsasən, prefekturalarının (yerli icra hakimiyyəti orqanları) rəsmi internet portallarına giriş kiberhücum risklərinin qarşısını almaq məqsədilə dayandırılıb.

Nazirliyin rəsmi bəyanatında bildirilir ki, qərar dünyada geniş istifadə olunan PHP proqramlaşdırma dilində aşkar edilmiş kritik təhlükəsizlik boşluğu ilə bağlıdır. Belə ki, “Calif” kibertəhlükəsizlik şirkətinin süni intellekt texnologiyalarının tətbiqi ilə PHP kod sistemində müəyyən etdiyi kritik boşluq barədə məlumatların mətbuata sızmasından dərhal sonra ANSSI tərəfindən fövqəladə profilaktik tədbirlər çərçivəsində saytların texniki xidmət rejiminə keçirilməsi tövsiyə olunub.

Qurumun açıqlamasında qeyd olunub: “Mütəxəssis komandalarımız proqram təminatının təhlükəsizlik yeniləmələrini və sistemin müdafiə kodlarını mümkün qədər tez bir zamanda tətbiq etmək üçün gücləndirilmiş iş rejimində çalışır”.

Fransa DİN prefekturaların qərarları, təcili vəziyyət mesajları, hüquqi elanlar və rəsmi göstərişlərin müvəqqəti olaraq qurumların sosial media hesabları və digər alternativ informasiya kanalları vasitəsilə ictimaiyyətə çatdırılacağını bəyan edib.

Xatırladaq ki, PHP proqramlaşdırma dilində aşkar edilmiş sözügedən kritik təhlükəsizlik boşluğu yalnız Fransada deyil, dünyanın müxtəlif ölkələrində strateji internet resurslarına, o cümlədən bir çox hökumət portallarına girişin qismən və ya tamamilə dondurulmasına səbəb olub. Mütəxəssislər qlobal miqyasda həyata keçirilən bu ehtiyat tədbirlərini dövlət informasiya infrastrukturlarının haker hücumlarından mühafizəsi baxımından zəruri addım kimi dəyərləndirirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…