Əsas məzmuna keç

Azərbaycanda balıq BAHALAŞDI - Yeni qiymətlər BELƏDİR

Azərbaycanda balıq BAHALAŞDI - Yeni qiymətlər BELƏDİR

Mingəçevirdən gətirilən sudağın, həmçinin qızılbalıq və sazanın dəyəri açıqlanıb. Dövlət Statistika Komitəsi balıq məhsullarında 8,5 faizlik bahalaşma qeydə alıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Payızın gəlişi ilə balığa tələbat artsa da, bazarda qiymət artımı alıcıları çətin seçim qarşısında qoyub. Satıcıların sözlərinə görə, xüsusilə farel, kütüm və bəzi digər növləri bahalaşıb. Bahalaşmanın əsas səbəbləri arasında yerli məhsul qıtlığı, mövsümi amillər və tələb-təklif nisbəti göstərilir.

"Operativ Məlumat Mərkəzi-OMM" İTV-yə istinadən xəbər verir ki, balıq bazarında qiymətlər balığın növündən və ölçüsündən asılı olaraq dəyişir.

Satıcılar farelin kiloqramının 10-14 manat, qızılbalığın isə 35 manat olduğunu bildirirlər. Kütümün qiyməti də artıb. Əvvəllər 8-12 manata satılan bu balığın qiymətinin bəzi hallarda 20-35 manata çatdığı qeyd olunur.

Satıcıların sözlərinə görə, sudağın kiloqramı 8-10 manatdan başlayır, iri balıqların qiyməti isə 13-15 manata qədər yüksəlir. Sazan təxminən 6 manata, belamur 8-9 manata, kəfal isə 8-10 manata satılır. Mingəçevirdən sudağın qiyməti isə 6-12 manat arasında dəyişir.

Alıcılar da bahalaşmadan şikayətçidir

Alıcılar əvvəl münasib qiymətə aldıqları balıqların indi daha baha satıldığını deyirlər. Onların sözlərinə görə, bəzi balıq növlərini tapmaq da çətinləşib.

“Əvvəl fareli 10-11 manata alırdıq, indi 13 manata alırıq. Kütüm də az olduğuna görə bahadır. Qiymətlərdə 2-3 manat fərq var”, – alıcılardan biri bildirib.

Qarşıdakı aylarda qiymətlər sabitləşə bilər

Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib ki, noyabr və dekabr aylarında nohurçuluq təsərrüfatlarından satışların artması gözlənilir. Bu, xüsusilə çəkikimi balıqların bazara tədarükünü artıraraq qiymətlərin sabitləşməsinə, hətta müəyyən qədər ucuzlaşmasına şərait yarada bilər.

Mərkəzdən qeyd edilib ki, balıq qiymətləri bazarda tələb və təklifdən asılıdır. Eyni zamanda, ölkədə balıqçılıq təsərrüfatlarının inkişafı, yetişdiricilərə dəstək göstərilməsi və subsidiya mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Bu tədbirlərin yerli istehsalın artmasına və bazarda məhsul bolluğunun yaranmasına kömək edəcəyi gözlənilir.

Balıq və balıq məhsulları bir ildə 8,5 faiz bahalaşıb

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin sentyabr ayında balıq və balıq məhsullarının qiymətləri əvvəlki ayla müqayisədə 1,9 faiz artıb.

Ötən ilin sentyabr ayı ilə müqayisədə qiymətlər 8,5 faiz, 2026-cı ilin yanvar-sentyabr aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz yüksəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…