Əsas məzmuna keç

Kartla ödəniş edənlərin DİQQƏTİNƏ: Bu məhdudiyyət aradan qaldırılır, qanun dəyişdirilir

Kartla ödəniş edənlərin DİQQƏTİNƏ: Bu məhdudiyyət aradan qaldırılır, qanun dəyişdirilir

Milli Məclisin İqtisadi siyasət komitəsində “Elektron ticarət haqqında” qanuna dəyişikliklə mobil telefonların POS-terminal kimi istifadəsi təklif olunur.

en ru

Azərbaycanda elektron ticarətlə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur. Yeni dəyişikliklər elektron ticarətin tətbiq dairəsinin genişləndirilməsini, ödəniş qaydalarının təkmilləşdirilməsini və POS-terminal anlayışının müasir tələblərə uyğunlaşdırılmasını nəzərdə tutur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Elektron haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, elektron ticarətin yalnız ölkə ərazisində həyata keçirilməsinə dair məhdudiyyətin ləğvi, həmçinin qanuna “texnoloji neytrallıq” anlayışının və müvafiq prinsipin daxil edilməsi təklif olunur.

Bununla yanaşı, elektron ticarət sahəsində ödənişlərlə bağlı müddəaların təkmilləşdirilməsi və müasir ödəniş üsullarına uyğunlaşdırılması nəzərdə tutulur.

Mobil telefonlar da POS-terminal hesab edilə bilər

Dəyişikliklər çərçivəsində POS-terminal anlayışının dəqiqləşdirilməsi də təklif olunur.

İclasda bildirilib ki, mövcud qanunvericilikdə POS-terminal əsasən ödəniş kartları ilə əməliyyatların aparılması və nağd pul çıxarılması üçün nəzərdə tutulan avadanlıq kimi müəyyən edilir. Yeni yanaşma isə bu anlayışın müasir texnologiyalara uyğunlaşdırılmasını nəzərdə tutur.

Beləliklə, kartla ödənişlə yanaşı, təmassız ödənişlər də daxil olmaqla digər nağdsız ödəniş üsullarının əhatə edilməsi təklif olunur. Həmçinin lazımi proqram təminatına malik mobil telefonların və digər son avadanlıqların da POS-terminal kimi qəbul edilməsi nəzərdə tutulur.

Dəyişikliklər qəbul edilərsə, elektron ticarət və nağdsız ödənişlərlə bağlı hüquqi çərçivənin müasir texnoloji imkanlara uyğunlaşdırılması istiqamətində yeni addım atılacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…