Əsas məzmuna keç

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ - Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILIR

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ - Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILIR

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən...

en ru

Bakının bir sıra küçələrində aparılacaq və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata əsasən, Binəqədi rayonu üzrə: Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə olan hissəsində; Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.

Bildirilib ki, Nərimanov rayonu üzrə isə Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi məqsədilə ayırıcı zolağın bir hissəsi ləğv ediləcək. Bununla əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qismən tətbiq olunacaq.

"Məhdudiyyətlər görülən işlər başa çatanadək qüvvədə olacaq. Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ marşrutlardan istifadəni nəzərə almaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - məlumatda qeyd olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…