Əsas məzmuna keç

Ermənistana keçən azərbaycanlı çoban qaytarılır? - Kimliyi açıqlandı

Ermənistana keçən azərbaycanlı çoban qaytarılır? - Kimliyi açıqlandı

Ermənistan MTX 1968-ci il təvəllüdlü Tovuzun Çatax kənd sakini Yaşar Qasımovun oktyabrın 19-da Tavuş vilayətində aşkar edildiyini və geri qaytarılacağını bildirib.

en ru

Milli Təhlükəsizlik Xidməti azərbaycanlı çobanın vilayətinin ərazisinə keçməsi barədə yayılan məlumatları təsdiq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ermənistan MTX-nin yaydığı məlumatda sözügedən şəxsin kimliyi də açıqlanıb.

Bildirilib ki, 1968-ci il təvəllüdlü Qasımov Əli oğlu oktyabrın 19-da saat 17:50 radələrində Tavuş vilayətində aşkar edilib.

Onun Tovuz rayonunun Çatax kəndinin sakini olduğu və yoxlamalar nəticəsində yolu azaraq Ermənistan ərazisinə keçdiyi bildirilib.

Məlumata əsasən, həmyerlimizin Azərbaycana geri qaytarılması istiqamətində işlər aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…