Operativ Məlumat Mərkəzi

Haaqadan ABŞ-a sərt reaksiya: Qrenlandiya təhdidlərinə qarşı vahid cavab tələbi

2 dəq
Paylaş:
Haaqadan ABŞ-a sərt reaksiya: Qrenlandiya təhdidlərinə qarşı vahid cavab tələbi

Avropa İttifaqı ölkələri ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın Birləşmiş Ştatlara verilməsinə nail olmaq üçün əlavə ticarət rüsumları tətbiq etmək hədələrinə qarşı sürətli və qətiyyətli cavab hazırlamalıdır. "Yaşıllar-Solçular" və İşçi Partiyası müxalifət blokunun rəhbəri, niderlandlı deputat Yesse Klaver bu barədə rəsmi bəyanatla çıxış edib.

Klaver qeyd edib ki, Trampın təxribat və şantaj yolu ilə hərəkət etməsi Avropanın öz qırmızı xətlərini müəyyən etməsinin vacibliyini bir daha sübut edir: "Mütilik və yaltaqlıq işə yaramayacaq. Bu, sürətli, vahid və qətiyyətli cavab tələb edir".

Xatırladaq ki, yanvarın 17-də Donald Tramp Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə qarşı 10%-lik gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlayıb. Bu qərar tərəflər Qrenlandiyanın tam və qəti şəkildə Vaşinqton tərəfindən satın alınması barədə razılığa gələnə qədər qüvvədə qalacaq. Rüsumların fevralın 1-dən qüvvəyə minməsi, iyunun 1-dən isə dərəcənin 25%-ə qaldırılması planlaşdırılır.

ABŞ administrasiyasının rəhbəri Qrenlandiyaya sahib olmağın milli təhlükəsizlik və "Golden Dome" (Qızıl Qübbə) raketdən müdafiə sisteminin səmərəli yerləşdirilməsi üçün zəruri olduğunu iddia edir. Tramp həmçinin Avropanın adaya öz hərbi qüvvələrini göndərmək niyyətini "çox təhlükəli oyun" adlandırıb.

Məlumat üçün bildirək ki:

  • Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazidir.
  • 1951-ci ildə Vaşinqton və Kopenhagen arasında müdafiə müqaviləsi imzalanıb.
  • Həmin sənədə əsasən, ABŞ adanı mümkün təcavüzlərdən qorumaq öhdəliyini üzərinə götürüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər