Operativ Məlumat Mərkəzi

FHN Ağsudakı zəlzələ ilə bağlı məlumat yaydı

1 dəq
Paylaş:
FHN Ağsudakı zəlzələ ilə bağlı məlumat yaydı

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhədində (Ağsu rayonunda) 3.8 maqnitudalı zəlzələ qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildiriblər ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Nazirliyə məlumat daxil olmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər