“Qarabağ” futbol komandasının qış təlim-məşq toplanışının vaxtı və yeri müəyyənləşib. Hazırlıq prosesi yanvarın 11-dən 20-dək Türkiyənin Belek qəsəbəsində keçiriləcək.
Ağdam klubunun yoldaşlıq matçlarında qarşılaşacağı rəqiblər daha sonra açıqlanacaq.
“Qarabağ” Misli Premyer Liqasında 10 oyundan sonra 19 xalla dördüncü pillədə qərarlaşıb.