Əsas məzmuna keç

Ölkə üzrə pensiyaçıların sayı bəlli olub

Ölkə üzrə pensiyaçıların sayı bəlli olub

Bu il oktyabrın 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 94,2 min (ötən il oktyabrın 1-nə 1 milyon...

en ru

Bu il oktyabrın 1-nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Fondunda 1 milyon 94,2 min (ötən il oktyabrın 1-nə 1 milyon 100 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,6 %-ini təşkil edir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, təyin olunmuş aylıq pensiyaların orta ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 % artaraq 595,8 manat təşkil edib və orta aylıq əməkhaqqının 50,8 %-nə bərabər olub.

Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilib.

Bu ilin 9 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,2 min nəfərə birdəfəlik müavinətlər verilib.

tarixinə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 99 manat təşkil edib.

Müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.

Pensiya

Noyabr pensiyası 2026

  1. Bakı, Sumqayıt, Abşeron 13 noyabr · Ödənilib
  2. Naxçıvan MR 6 noyabr · Ödənilib
  3. Digər bölgələr ən gec 20 noyabr
Son aylar, artım və pensiya rəqəmləri ›

Pensiya ödənişi başlayanda bildiriş alın: gün açıqlananda və ödəniş günü.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…