Əsas məzmuna keç

Mingəçevirdə yük maşını bataqlığa düşüb, iki nəfər xilas olunub

Mingəçevirdə yük maşını bataqlığa düşüb, iki nəfər xilas olunub

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir su anbarı yaxınlığında yük avtomobilinin bataqlıqda batması və...

en ru

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir su yaxınlığında yük avtomobilinin bataqlıqda batması və vətəndaşların çətin keçilən ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Regional Mərkəzinin xilasediciləri dərhal əraziyə cəlb olunublar.

Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxslərin yeri müəyyən edilib, çətin keçilən ərazidə iki nəfər təhlükəsiz yerə təxliyə edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…