Əsas məzmuna keç

FHN əhaliyə müraciət edib - 17.01.2026

FHN əhaliyə müraciət edib - 17.01.2026

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb....

ru

Fövqəladə Hallar Nazirliyi () gözlənilən ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müraciətdə soyuq hava şəraitinə görə qaz və qızdırıcı cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi edilməsi istənilib:

"Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır. Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər".

Müraciətdə, həmçinin, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur:

" zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən də uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq vacibdir. Bundan başqa, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

Hava proqnozu

20° Bakıda indiAz buludlu
  1. Bu gün Az buludlu 21° 18°
  2. Sabah Arabir yağış 20° 17° yağış 57%
  3. Birigün Tutqun 19° 16° yağış 44%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…