Əsas məzmuna keç

Google istifadəçilərinə elektron poçt ünvanını dəyişmək imkanı yaradılır

Google istifadəçilərinə elektron poçt ünvanını dəyişmək imkanı yaradılır

"Google" şirkəti istifadəçilərə "@gmail.com" sonluqlu elektron poçt ünvanlarını digər xidmətlərin ünvanları ilə əvəz etmək imkanı təqdim edib.

en ru

Dünyanın ən böyük nəhənglərindən olan , istifadəçilər üçün yeni funksiyanı istifadəyə verib. Artıq istifadəçilər öz "@gmail.com" ünvanlarını kənar xidmətlərinin ünvanları ilə əvəzləyə biləcəklər.

Şirkətin rəsmi açıqlamasına görə, bu yenilik hələlik bütün istifadəçilər üçün əlçatan deyil. dəyişmək üçün istifadəçi əvvəlcə Gmail xidmətini hesabından silməlidir. Eyni qayda ilə digər poçt qutularını da "@gmail.com" ünvanına keçirmək mümkündür.

Yeniliyin bəzi mühüm xüsusiyyətləri aşağıdakılardır:

  • Məlumatların qorunması: Hesabda saxlanılan fotoşəkillər, mesajlar və köhnə ünvana gələn məktublar silinmir və bu dəyişiklikdən təsirlənmir.
  • İkili giriş: İstifadəçilər Google xidmətlərinə həm köhnə, həm də yeni ünvanla daxil ola bilərlər.
  • Əlavə ünvan: Köhnə poçt ünvanı əlavə ünvan kimi qalır və məktublar hər iki ünvana daxil olur.
  • Məhdudiyyətlər: İstifadəçi istənilən vaxt köhnə ünvana qayıda bilər, lakin yeni "@gmail.com" ünvanı yaratmaq üçün 12 ay gözləmək lazım gələcək.

Yeni funksiyadan yararlanmaq üçün Google hesabında "Elektron poçt" bölməsinə daxil olaraq "Google hesabının elektron poçt ünvanı" hissəsində dəyişiklik etmək lazımdır. Əgər bu seçim görünmürsə, deməli funksiya hələ həmin hesab üçün aktivləşdirilməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…