Operativ Məlumat Mərkəzi

“Neftçi”dən yoxlama matçında qələbə

1 dəq
Paylaş:
“Neftçi”dən yoxlama matçında qələbə

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışını davam etdirən “Neftçi” hazırlıq prosesini qələbə ilə başa vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paytaxt təmsilçisi BƏƏ toplanışı çərçivəsində keçirdiyi sonuncu yoxlama oyununda Çinin “Çenqdu Ronqçenq” kollektivi ilə qarşılaşıb.

Görüş “ağ-qaralar”ın aşkar üstünlüyü və 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Paytaxt klubunun heyətində Andrey Ştoqrin (9-cu dəqiqə), Bassala Sambu (29-cu dəqiqə) və İqor Ribeyro (53-cü dəqiqə) rəqib qapısına yol taparaq qələbəni təmin ediblər.

Qeyd edək ki, “Neftçi” Əbu-Dabidə keçirdiyi əvvəlki oyunlarda da uğurlu nəticələr göstərib. Belə ki, komanda Misir təmsilçisi “Piramids”lə 1:1 hesablı heç-heçə edib, Qazaxıstanın “Kayrat” klubunu isə üç cavabsız qolla məğlub edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər