Yanvarın 19-na gözlənilən hava şəraiti ilə bağlı rəsmi proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin “Operativ Məlumat Mərkəzi-OMM”-ə verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu keçəcək, gün ərzində əsasən yağıntı gözlənilmir.
Bununla belə, yanvarın 18-dən 19-na keçən gecə saatlarında və axşam vaxtı arabir yağıntı ehtimalı var. Gecə yarımadanın bəzi ərazilərində yağıntının güclənəcəyi, şəhərətrafı zonalarda isə yağışın sulu qarla qarışıq yağacağı mümkündür. Şimal-şərq istiqamətli mülayim külək əsəcək.
Temperatur gecə saatlarında 0–2 dərəcə isti, gündüz isə 2–4 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqinin 771 mm civə sütunundan 768 mm civə sütununa enəcəyi, nisbi rütubətin isə 70–80 faiz səviyyəsində olacağı bildirilir.
Bölgələrdə hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacaq. Ayrı-ayrı rayonlarda sulu qar və qar yağacağı, yağıntının yerli olaraq intensiv və güclü keçəcəyi ehtimal edilir. Bəzi ərazilərdə duman müşahidə olunacaq. Qərb küləyi arabir güclənəcək.
Rayonlarda gecə temperaturu 0–5 dərəcə şaxta, gündüz 1–4 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 5–10 dərəcə şaxta, yüksək dağlıq zonalarda isə temperaturun 13–17 dərəcə şaxtayadək enəcəyi, gündüz isə 3–7 dərəcə şaxta təşkil edəcəyi gözlənilir.
Sinoptiklərin xəbərdarlığına görə, əsasən dağlıq və dağətəyi rayonlarda avtomobil yollarında buzlanma yaranacaq.