Əsas məzmuna keç

Fransa İranın Naxçıvana dron hücumunu qətiyyətlə pislədi

Fransa İranın Naxçıvana dron hücumunu qətiyyətlə pislədi

Rəsmi Paris Tehranın PUA-larla Naxçıvan Beynəlxalq Hava Limanı və Şəkərabad kəndinə təcavüzünə sərt reaksiya verdi. 4 mülki şəxs yaralanıb. Bakının cavabı nə olacaq?

en ru

Fransa Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana hücumu ilə əlaqədar Azərbaycanla tam həmrəyliyini ifadə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransa XİN-in bəyanatında bildirilib.

"Fransa bu gün səhər Azərbaycanın Beynəlxalq Hava Limanını vuran İranın hücumunu qətiyyətlə pisləyir. Fransa bu hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını arzulayır", - məlumatda bildirilib.

Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…