İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hünq Kao-nun Bəhreyndə yerləşən ABŞ Beşinci Donanmasının qərargahına ciddi zərər dəydiyini etiraf etməsinə münasibət bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Əraqçi sosial media hesabında paylaşdığı mesajda Kao-nun İranın Bəhreyndəki ABŞ bazasını “yerlə-yeksan etdiyi” barədə açıqlamasına cavab verib.
İranlı nazir amerikalı rəsmiyə istinadən onun səmimiyyətini yüksək qiymətləndirdiklərini bildirib.
“Güclü silahlı qüvvələrimiz, həqiqətən də, Bəhreyndəki Beşinci Donanmanın qərargahını və ABŞ-nin təcavüzünü dəstəkləyən digər bazaları cəhənnəmə çevirdi. ABŞ xalqı İsrailin müharibələrinin hesabını ödəməkdən daha yaxşısına layiqdir”, – deyə Əraqçi qeyd edib.
ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hünq Kao “The Epoch Times” qəzetinə müsahibəsində İranın hücumlarının Bəhreyndəki ABŞ hərbi-dəniz bazasını “yerlə-yeksan etdiyini” bildirib.