İranın Xarici İşlər naziri Abbas Əraqçi Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ikitərəfli diplomatik təmaslarını sürətləndirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın MNA (Mehr News Agency) xəbər agentliyi məlumat yayıb.
Sessiya çərçivəsində çoxsaylı xarici həmkarları və yüksəkvəzifəli beynəlxalq rəsmilərlə görüşən Əraqçi, Tacikistanın Xarici İşlər naziri Sirociddin Muhriddin ilə də bir araya gəlib.
Müzakirələr zamanı İran və Tacikistan arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf perspektivləri, Mərkəzi Asiyada regional təhlükəsizlik məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq gündəliyi diqqət mərkəzində olub.