Əsas məzmuna keç

İran BMT Təhlükəsizlik Şurasında islahatlara çağırdı

İran BMT Təhlükəsizlik Şurasında islahatlara çağırdı

XİN rəhbəri Abbas Əraqçi BRICS sammitində Təhlükəsizlik Şurasında köklü islahat çağırışı etdi. Tehranın qlobal idarəetmə və sanksiyalarla bağlı kəskin bəyanatı və detalları...

en ru

İranın naziri Araqçi Nyu-Dehli şəhərində keçirilən toplantısında Təhlükəsizlik Şurasında islahatların vacibliyini vurğulayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə "Tasnim News Agency" məlumat yayıb.

Araqçi bildirib ki, bu məsələ artıq seçim deyil, Təşkilatının fəaliyyəti və gələcəyi üçün zərurətə çevrilib.

Onun sözlərinə görə, Tehran dünyanın bütün qitə və bölgələrini real şəkildə təmsil edən Təhlükəsizlik Şurasının yaradılmasını istəyir.

“BRICS qlobal idarəetmənin yenidən qurulması və çoxtərəfliliyə inamın bərpası üçün öz imkanlarından istifadə etməlidir”, – deyə iranlı nazir bildirib.

Əraqçi qeyd edib ki, hazırda bəzi beynəlxalq qurumlarda müşahidə olunan vəziyyət çoxtərəflilik deyil, beynəlxalq hüquq adı altında birtərəfli siyasətin qorunması cəhdidir.

O əlavə edib ki, qanunlardan vasitə kimi istifadə olunması, birtərəfli sanksiyalar və dövlətlərin suverenliyinə hörmətsizlik qlobal idarəetmədə ciddi böhranın göstəricisidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…