Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda Böyük Britaniyanın xarici işlər naziri Ed Milibandla görüşüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasında iştirak etmək üçün olduğu Nyu-Yorkda diplomatik təmaslarını davam etdirir.
O, keçirdiyi görüşlər çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ed Milibandla bir araya gəlib.
Türkiyənin Xarici İşlər Nazirliyi görüşlə bağlı sosial media hesabında da paylaşım edib.