Əsas məzmuna keç

DYP-dən sürücülərə vacib müraciət

DYP-dən sürücülərə vacib müraciət

BDYPİ bayram günləri istirahət zonalarına gedənlərə xəbərdarlıq etdi. Yollarda artan hərəkət intensivliyi və qəza riskindən qorunmaq üçün bu qaydaları bilmək vacibdir!

en ru

Bayram və həftəsonu ilə əlaqədar ardıcıllıq təşkil edən qeyri-iş günlərində respublika əhəmiyyətli, həmçinin turizm və istirahət bölgələrinə aparan yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsinin qeyri-iş günləri ilə bağlı iştirakçılarına etdiyi müraciətdə qeyd olunub.

Bildirilib ki, sözügedən səbəblərdən sürücülərdən xahiş olunur ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər.

Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər, təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər.

"Bununla yanaşı, yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etsinlər, səfərə çıxmazdan öncə vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər", - deyə müraciətdə vurğulanıb.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 11 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 12 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 64 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…