Əsas məzmuna keç

BDYPİ sürücülərə və piyadalara ciddi xəbərdarlıq etdi

BDYPİ sürücülərə və piyadalara ciddi xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi paytaxt yollarında təhlükəsizliyi artırmaq üçün yeni qaydaları açıqladı. Görəsən, cərimələrdən yayınmaq üçün nəyə diqqət etməlisiniz?

en ru

Baş Dövlət İdarəsi həftəsonu ilə bağlı iştirakçılarına müraciət edib, onları diqqətli və məsuliyyətli olmağa çağırır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İdarənin müraciətində bildirilib.

Qeyd olunub ki, həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və məkanlarına, eləcə də dənizkənarı istirahət zonalarına aparan istiqamətlərdə axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır:

"Sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər, uzun məsafəyə yola çıxmazdan əvvəl kifayət qədər dincəlsinlər, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər".

Bildirilib ki, sürücülər təhlükəsiz ara məsafəsini qorusunlar, riskli ötmə və digər təhlükəli manevrlərdən çəkinsinlər, yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etsinlər, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlasınlar.

"Dənizkənarı və digər istirahət məkanlarına üz tutan vətəndaşlardan, eləcə də piyadalardan xahiş olunur ki, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, yolu keçərkən mobil telefon və diqqəti yayındıran digər vasitələrdən istifadə etməsinlər. Çimərliklər və istirahət zonalarının ətrafında hərəkətin intensiv olduğunu nəzərə alaraq, həm sürücülər, həm də piyadalar qarşılıqlı diqqət və ehtiyatlılıq nümayiş etdirməlidirlər", - deyə müraciətdə qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…