Əsas məzmuna keç

Dövlət büdcəsinin icrası: qanun layihəsi I oxunuşda qəbul edildi

Dövlət büdcəsinin icrası: qanun layihəsi I oxunuşda qəbul edildi

Milli Məclisin iclasında 2023-cü ilin maliyyə hesabatı təsdiqləndi. İqtisadi göstəricilər və xərclərin bölgüsü ilə bağlı detalları təqdim edirik.

en ru

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilmiş iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ötən il büdcənin gəlirləri 39 milyard 184,6 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4 %, proqnozdan isə 2,2 % çoxdur. Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % çox, proqnozdan isə 6,8 % azdır.

İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45 %-ni təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də büdcə təşkilatlarının öz xərclərini proqnozdan 2 milyard 803 milyon manat az icra etməsi ilə bağlı olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…