Əsas məzmuna keç

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi III oxunuşda qəbul olunub

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi III oxunuşda qəbul olunub

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi III oxunuşda qəbul...

en ru

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi III oxunuşda qəbul olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ötən il büdcənin gəlirləri 39 milyard 184,6 təşkil edib ki, bu da əvvəlki müqayisədə 5,4 %, proqnozdan isə 2,2 % çoxdur.

Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4 % çox, proqnozdan isə 6,8 % azdır.

İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45 %-ni təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də büdcə təşkilatlarının öz xərclərini proqnozdan 2 milyard 803 milyon manat az icra etməsi ilə bağlı olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…