Azərbaycan idmançıları Türkiyənin Mersin şəhərində keçirilən doqquzuncu “Uluslararası Altın Kanca Surfkastinq Turnuvası”nda birinci yeri tutublar.
Oktyabrın 2-dən 4-dək təşkil olunan yarışda Bakı Balıqçılar Klubunun təmsilçiləri Çingiz Qəniyev və Nəcəf Qurbanov ölkələrarası birincilikdə qalib olublar.
Azərbaycan təmsilçiləri turnirdə Şimali Kipr, Tunis, Yunanıstan və Mərakeşdən olan rəqiblərini geridə qoyublar.
Qəniyev və Qurbanov yarışda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdmanı Federasiyasının dəstəyi ilə iştirak ediblər.