Oktyabrın 4-də ABŞ hərbçiləri Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu ehtimal edilən sürətli katerə zərbə endirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində 4 nəfər həlak olub.
Qeyd olunub ki, təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik ticarətində fəal iştirak etdiyini göstərib.
Məlumat üçün bildirək ki, ABŞ-nin Karib dənizi və Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu ehtimal edilən gəmilərə endirdiyi zərbələr nəticəsində 220-dən çox insan həlak olub.