Əsas məzmuna keç

ABŞ ordusu daha bir gəmiyə zərbə endirdi, ölənlər var

ABŞ ordusu daha bir gəmiyə zərbə endirdi, ölənlər var

Karib dənizindəki əməliyyatda 4 nəfər həlak olub. SOUTHCOM-un narkotik qaçaqmalçılığı ilə bağlı iddiası və Tramp administrasiyasının hərbi strategiyası təfərrüatları.

en ru

ABŞ ordusu ötən gün Karib dənizində qaçaqmalçılığında istifadə edildiyi ehtimal olunan daha bir gəmiyə endirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Zərbə nəticəsində 4 nəfər həlak olub.

ABŞ Cənub Komandanlığının () məlumatına görə, gəminin narkotik qaçaqmalçılığı ilə məşğul olduğu barədə təsdiqlənmiş kəşfiyyat məlumatları olub.

Komandanlıq gəminin Karib dənizində məlum qaçaqmalçılıq marşrutları üzrə hərəkət etdiyini bildirib.

ABŞ tərəfi həlak olan şəxslərin kimliyini açıqlamayıb. Həmçinin gəminin narkotik daşıdığına dair ictimaiyyətə hər hansı sübut təqdim edilməyib.

Bu zərbə ABŞ Prezidenti administrasiyasının Latın Amerikasında narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən gəmilərə qarşı apardığı təxminən birillik hərbi əməliyyatlar çərçivəsində həyata keçirilib.

ABŞ mətbuatının məlumatına görə, son əməliyyatla birlikdə 2025-ci ildən bəri ABŞ ordusunun narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərə endirdiyi zərbələr nəticəsində ən azı 227 nəfər 68 hücum zamanı həlak olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…