ABŞ hərbçiləri sentyabrın 9-da Karib dənizində narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmiyə zərbə endirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində üç nəfər ölüb.
Qeyd olunub ki, gəmi Karib dənizində narkotiklərin daşınması üçün istifadə olunduğu məlum olan marşrutlarla hərəkət edib.
“Etibarlı kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığı fəaliyyətində fəal iştirak etdiyini göstərirdi. Əməliyyat nəticəsində üç narkoterrorçu öldürülüb”, - məlumatda qeyd olunub.
ABŞ mediasının məlumatına görə, 2025-ci ilin payızından etibarən ABŞ hərbçilərinin narkotik tacirləri tərəfindən istifadə edildiyi ehtimal olunan gəmilərə endirdiyi zərbələr nəticəsində 220-dən çox insan həyatını itirib.