Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatının ikinci günündə Azərbaycan millisinin daha üç üzvü mərhələ adlayıb.
Alsu Yafarova (54 kq) 1/8 finalda belaruslu Hanna Belyankovanı ilk raundda tam üstünlüklə məğlub edib. O, oktyabrın 7-də növbəti görüşündə ukraynalı Oleksandra Çerevata ilə qarşılaşacaq.
Cəmilə Muradlı (57 kq) rumıniyalı Sara Persanı 5:0 hesabı ilə yenərək 1/4 finala yüksəlib. Hakimlərin verdiyi xallar 30:24, 30:24, 30:25, 30:26 və 30:27 olub. Muradlı oktyabrın 8-də çexiyalı Rozali Uhrova ilə döyüşəcək.
Şükar Əliyev (80 kq) 1/16 finalda polşalı İqor Tomiçek üzərində 4:1 hesablı qələbə qazanıb. Hakimlərin xalları 30:27, 29:28, 29:28, 30:27 və 28:29 olub. Əliyev oktyabrın 5-də 1/8 finalda ilk mərhələdən azad olan gürcüstanlı Lazare Dokvadze ilə qarşılaşacaq.
40 ölkədən 473 boksçunun qatıldığı çempionat oktyabrın 11-də başa çatacaq.