Azərbaycan batut gimnastları Maqsud Mahsudov və Hüseyn Abbasov Dünya Kubokunda bürünc medal qazanıblar.
İdmançılar İtaliyanın Riççone şəhərində təşkil olunan yarışda sinxron proqram üzrə çıxış ediblər. Onların nəticəsi 52,470 xal olub.
Bu göstərici Mahsudov və Abbasova turnirdə üçüncü yeri təmin edib.