Əsas məzmuna keç

Ukraynaya daha 1 milyard avro həcmində hərbi yardım ayırdılar

Ukraynaya daha 1 milyard avro həcmində hərbi yardım ayırdılar

Fridrix Merz Kiyevdə Volodimir Zelenski ilə görüşüb: Almaniya IRIS-T raketləri və radar sistemləri daxil olmaqla, müdafiə sənayesində yeni razılaşmalar imzaladı.

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • Merz Kiyevdə Ukraynaya 1 milyard avro hərbi, enerji sektorunun bərpasına isə 350 milyon avro ayrılacağını açıqlayıb.
  • Almaniya şirkətləri Ukrayna hökuməti və iş adamları ilə təxminən 6,6 milyard avroluq 14 saziş imzalayıb.
  • Zelenskinin sözlərinə görə, tərəflər dron, raket və proqram təminatı istehsalını nəzərdə tutan geniş müdafiə sazişini yekunlaşdırmağa yaxındır.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

kansleri Fridrix ötən gün Kiyevə səfəri zamanı Ukraynaya əlavə olaraq 1 milyard həcmində hərbi yardım ayrılacağını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O, Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında Ukraynanın sektorunun bərpasına 350 milyon avro ayrılacağını da bildirib.

Merz Almaniyanın Ukraynanın ən ardıcıl tərəfdarlarından biri olaraq qaldığını vurğulayıb.

"Biz bunu yalnız Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün deyil, həm də dərin inamımıza və öz maraqlarımıza görə edirik. Çünki söhbət Avropanın təhlükəsizliyindən gedir", - o bildirib.

Merzlə birlikdə Kiyevə səfər edən Almaniya şirkətlərinin rəhbərləri Ukrayna hökuməti və iş adamları ilə ümumi dəyəri təxminən 6,6 milyard avro olan 14 saziş imzalayıblar.

Sazişlərdən birinə əsasən, Ukrayna Almaniyanın "Diehl Defense" şirkətindən IRIS-T zenit raketləri əldə edəcək. "Hensoldt" şirkəti ilə radar avadanlıqlarının, "Quantum Systems" şirkəti ilə isə pilotsuz uçuş aparatlarına qarşı istifadə olunan ələ keçirici sistemlərin tədarükü barədə razılaşmalar imzalanıb.

Zelenski bildirib ki, səfərin əhəmiyyəti Almaniyanın yalnız Ukraynaya yardım etməsi ilə məhdudlaşmır:

"Ukrayna da öz bilik və təcrübəsini bölüşür, həmçinin sifarişlər yerləşdirir. Bu isə Almaniya üçün iş yerləri deməkdir".

O əlavə edib ki, Ukrayna və Almaniya genişmiqyaslı müdafiə sazişinin yekunlaşdırılmasına yaxındır.

Zelenskinin sözlərinə görə, razılaşma çərçivəsində dronların, raketlərin və müvafiq proqram təminatının istehsalı nəzərdə tutulur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…