Əsas məzmuna keç

Almaniya İsrailə silah ixracını təsdiqlədi: Yeni qərar

Almaniya İsrailə silah ixracını təsdiqlədi: Yeni qərar

bu barədə Almaniyanın "DPA" agentliyi yazır.Almaniya İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən məlumatlara görə, müvafiq lisenziyalar fevralın...

en ru

və İsrailin İrana qarşı əməliyyatının ilk dörd həftəsində İsrailə 6,6 milyon dəyərində ixracını təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın "DPA" agentliyi yazır.

Almaniya İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən məlumatlara görə, müvafiq lisenziyalar fevralın 28-dən martın 27-dək olan dövrdə - İsrail və ABŞ qüvvələrinin İrana zərbələri başladıqdan sonra verilib.

Qeyd olunur ki, bu həcm əvvəlki göstəricilərdən xeyli aşağıdır: əvvəllər Berlin 2025-ci ilin noyabrında Qəzzadakı müharibə ilə bağlı məhdudiyyətlər ləğv edildikdən sonra 166,95 milyon avro dəyərində ixrac lisenziyalarını təsdiqləmişdi.

Agentlik bildirib ki, İsrailə silah ixracı Almaniyada siyasi baxımdan həssas mövzu olaraq qalır. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra Berlin İsrailə dəstəyini gücləndirib, lakin sonradan Qəzza zolağındakı hərəkətlərin tənqidi fonunda tədarüklərə məhdudiyyətlər tətbiq edib, oktyabr ayında İsrail və HƏMAS arasında atəşkəs razılaşmasından sonra isə mövqeyini yenidən yumşaldıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…