Əsas məzmuna keç

ABŞ İsrailə 6,5 milyard dollarlıq silah satışını təsdiqləyib

ABŞ İsrailə 6,5 milyard dollarlıq silah satışını təsdiqləyib

Birləşmiş Ştatlar Dövlət Departamenti İsrailə hücum helikopterləri və zirehli texnikalar daxil olmaqla irimiqyaslı hərbi satış paketini razılaşdırıb.

ru en

Departamenti İsrailə ümumi dəyəri təxminən 6,52 milyard dollar olan potensial xarici hərbi satış paketini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" Pentaqona istinadən xəbər verir ki, bu barədə Müdafiə Təhlükəsizliyi Agentliyi rəsmi bildiriş yayıb.

paketinin ən böyük hissəsini 3,8 milyard dollar dəyərində olan "AH-64E Apache" hücum helikopterləri və onlara aid avadanlıqlar təşkil edir.

Bu müqavilə üzrə əsas podratçıların "Boeing""" şirkətləri olacağı gözlənilir.

Paralel olaraq, Vaşinqton 1,98 milyard dollar dəyərində Birgə Yüngül Taktiki Maşınların (JLTV) satışına da yaşıl işıq yandırıb. Bu layihədə əsas icraçı qismində "AM General" şirkəti çıxış edəcək.

Agentliyin açıqlamasında bildirilir ki, nəzərdə tutulan satışlar İsrailin quru qoşunlarının hərəkətliliyini və əməliyyat imkanlarını artıracaq, həmçinin cari və gələcək təhdidlərlə mübarizə potensialını gücləndirəcək. Bundan əlavə, "Namer" zirehli personal daşıyıcıları üçün 740 milyon dollar dəyərində güc aqreqatlarının və logistik dəstək avadanlıqlarının satışı da təsdiqlənib. Bu bölmə üzrə əsas podratçı "Rolls-Royce Solutions America" olacaq.

Qeyd edək ki, bu qərar davam edən hərbi əməliyyatlar fonunda ABŞ administrasiyasının tənqidlərlə üzləşdiyi bir vaxta təsadüf edir. 2023-cü ilin 7 oktyabrından bəri bölgədə 71 600-dən çox insan həlak olub. Aralarında Berni Sandersin də olduğu bir neçə amerikalı qanunverici, Vaşinqtonun müharibədə iştirakçı olmaması üçün İsrailə silah ötürülməsini dayandırmağa çağırıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…