Əsas məzmuna keç

Tayvan ABŞ ilə 6,6 milyard dollarlıq silah müqaviləsi imzaladı

Tayvan ABŞ ilə 6,6 milyard dollarlıq silah müqaviləsi imzaladı

Vaşinqtondan HIMARS və Paladin haubitsaları alınır. Yeni sövdələşmə Pekinlə gərginliyi pik həddə çatdırır. Paketə daxil olan hərbi texnikaların tam siyahısı:

en ru

ayvan ABŞ ilə 6,6 milyard dollardan çox müqaviləsi imzalayıb

"Operativ Məlumat Mərkəzi-OMM" "Focus Taiwan"a istinadən xəbər verir ki, hakimiyyəti ABŞ ilə ümumi dəyəri 208,7 milyard Tayvan dollarından (təxminən 6,6 milyard ABŞ dolları) çox olan altı silah təchizatı müqaviləsi imzalayıb.

Bildirilib ki, müqavilələr 2026-cı ilin aprel ayında imzalanıb. Ən böyük müqavilə 123,5 milyard NT dolları (təxminən 3,9 milyard ) dəyərində çoxsaylı buraxılış raket sistemlərinin alınmasını nəzərdə tutur.

Məlumata görə, paketə həmçinin 73,89 milyard NT dolları (təxminən 2,3 milyard dollar) dəyərində M109A7 “Paladin” özüyeriyən haubitsaları və 5,32 milyard NT dolları (təxminən 168 milyon dollar) dəyərində quru qüvvələrinin raket arsenalının genişləndirilməsi daxildir.

Qeyd olunub ki, digər üç müqavilə donanma üçün raketlərin təchizatı, iri çaplı sursatların birgə istehsalı və inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi üzrə məsləhət xidmətlərini əhatə edir.

Xatırladılıb ki, 2025-ci il dekabrın 18-də ABŞ Tayvana 11 milyard silah satışını təsdiqləmişdi. "Bloomberg"in məlumatına görə, bu cür addımlar Vaşinqton və Pekin arasındakı münasibətlərdə gərginliyi artıra bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…