Əsas məzmuna keç

“Şamaxı” “Neftçi” ilə 13 oyundur qələbə qazana bilmir

“Şamaxı” “Neftçi” ilə 13 oyundur qələbə qazana bilmir
— Foto: idman.biz

Azərbaycan Premyer Liqasının X turunda “Şamaxı” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Görüş noyabrın 1-də saat 15:00-da başlayacaq.

en ru

Premyer Liqasının X turunda “” noyabrın 1-də öz meydanında “” ilə qarşılaşacaq. Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 15:00-da başlayacaq.

Matçın baş hakimi Tural Qurbanov olacaq. Ona yan xətt hakimləri Cəmil Quliyev və Asiman Əzizli kömək edəcəklər. Emin ehtiyat hakim, Kamal Umudlu VAR hakimi, Vüsal Məmmədov isə AVAR hakimi kimi fəaliyyət göstərəcək. AFFA nümayəndəsi Kifayət Mustafayevadır.

Azər Bağırovun rəhbərlik etdiyi “Şamaxı” doqquz oyundan sonra 13 xalla turnir cədvəlinin yeddinci pilləsindədir. Yuri Vernidubun çalışdırdığı “Neftçi” 18 xalla üçüncü yeri tutur.

Komandalar ölkə çempionatlarında, “Şamaxı”nın əvvəlki adları olan “Xəzər Universiteti”, “İnter” və “Keşlə”nin oyunları da daxil olmaqla, 81 dəfə üz-üzə gəlib. “Şamaxı” 16, “Neftçi” 45 qələbə qazanıb, 20 qarşılaşma heç-heçə başa çatıb. Topların fərqi 74-130-dur. “Şamaxı” son 13 oyunda “Neftçi”ni məğlub edə bilməyib, təmsilçisi isə rəqiblə son altı görüşün hər birində qol vurub. Komandaların son qarşılaşması mayın 10-da keçirilib və “Neftçi” 3:0 hesabı ilə qalib gəlib.

Əvvəlki turda “Şamaxı” səfərdə “İmişli”yə 1:2 hesabı ilə uduzub, “Neftçi” isə evdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…