Əsas məzmuna keç

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını birləşdirəcək avtomobil yolu layihəsi üzrə işlər sürətlənir. Strateji əhəmiyyətli marşrutun detalları.

en ru

Suqovuşan– yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 kilometrlik avtomobil yolunda davam etdirilir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, müxtəlif hissələri I, II və III texniki dərəcəyə uyğun inşa olunan yol 4 və 2 hərəkət zolaqlı olmaqla layihələndirilib.

Layihə çərçivəsində marşrut boyunca 4 körpünün və 56 suötürücü borunun tikintisi nəzərdə tutulub. Hazırda yol yatağının, suötürücü və digər süni qurğuların inşası həyata keçirilir.

Tikinti sahəsində 76 maşın-mexanizm və 75 nəfərlik işçi heyəti çalışır. İşlərin fasiləsiz aparılması məqsədilə ərazidə asfalt-beton zavodu, həmçinin karxana materiallarının çeşidlənməsi üçün xüsusi istehsalat sistemi fəaliyyət göstərir.

Layihənin icrası nəticəsində Ağdamdan Ağdərəyə, buradan isə Suqovuşan və Kəlbəcərə uzanan vahid yol bağlantısı formalaşacaq.

Yeni yol xətti Qarabağ və Şərqi Zəngəzurun imkanlarının genişləndirilməsinə, yaşayış məntəqələri arasında əlaqələrin gücləndirilməsinə və Böyük Qayıdış çərçivəsində həyata keçirilən infrastruktur layihələrinin davamlılığına xidmət edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…