Əsas məzmuna keç

Üç metro stansiyası ətrafında tıxacları azaldacaq yolun tikintisi necə gedir?

Üç metro stansiyası ətrafında tıxacları azaldacaq yolun tikintisi necə gedir?

Bakıda "Gənclik", "Nərimanov" və "Koroğlu" metro stansiyaları ətrafında nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək yeni avtomobil yolunun tikintisi...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bakıda "Gənclik", "Nərimanov" və "Koroğlu" metro stansiyaları ətrafında sıxlığının azaldılmasına xidmət edəcək yeni yolunun tikintisi davam etdirilir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, söhbət Həsən küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər inşa edilən 3,9 kilometr uzunluğunda avtomobil yolundan gedir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilən layihənin əsas məqsədi paytaxtın mühüm nəqliyyat arteriyaları arasında alternativ əlaqə yaratmaq, avtomobil axınını daha səmərəli bölüşdürmək və mövcud yolların yükünü azaltmaqdır.

Yeni yolun istifadəyə verilməsi ilə və Ziya Bünyadov prospektlərində nəqliyyatın hərəkətinin yaxşılaşdırılması, eləcə də "Gənclik", "Nərimanov" və "Koroğlu" metro stansiyaları ətrafında sıxlığın azalması gözlənilir.

Layihə çərçivəsində 5 yol qovşağının, 4 tunelin və 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulub.

AAYDA-nın məlumatına görə, hazırda layihə üzrə ümumi tikinti işlərinin 62,8 faizi icra olunub. Tunellərdə işlərin 66,46 faizi, yeraltı piyada keçidlərində isə 82 faizi tamamlanıb.

Bununla yanaşı, kommunikasiya xətlərinin köçürülməsi və yolun tikintisi ilə bağlı digər işlər davam etdirilir.

Yeni avtomobil yolu paytaxtın müxtəlif istiqamətləri arasında hərəkət imkanlarını genişləndirməklə yanaşı, mövcud küçə-yol şəbəkəsində nəqliyyat axınının daha səmərəli idarə olunmasına şərait yaradacaq.

Layihə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində icra olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…